kredit

Ümumi

 Bu prosedur "Texnoplus" mağazalar şəbəkəsində məişət avadanlıqlarının və elektrotexnikanın kreditləşmə qaydalarını və şərtlərini müəyyən edir.


Tələblər

Qeydiyyat yeri

Müştəri Bakı və Abşeron qeydiyyatı olmalıdır.

Yaş həddi
20-65 yaş aralığında olan müştərilərə kredit verilə bilər. Zamin tələb olunduqda, zamin qismində çıxış edən şəxsin yaşı 25-dən yuxarı və Bakı qeydiyyatı olmalıdır.

Müştərinin əlaqə nömrələri və ünvanı
  • Müştərinin ev və mobil telefon nömrəsi olmalıdır və bu məlumatlar dəqiqləşdirilir. Digər əlaqə nömrələri dəqiqləşdirilərək (ad, ünvan), müştəriyə bağlılığı nəzərə alınır
  • Müştərinin faktiki ünvanda yaşayıb-yaşamadığı dəqiqləşdirilir (həmin ev telefonuna zəng edilir, kredit götürməyi barədə ailə üzvlərinin razılığı alınır). Ev telefonu olmadığı halda həmin evin sənədini (Çıxarış və ya Texpasport (Bələdiyyə torpaq sənədi xaric)) və ya yeni tikilmiş binalarda yaşayan şəxslərin evinin müqaviləsi alınmaqla kredit verilə bilər.


İş yeri

  • Kredit alan şəxsin iş yeri Bakı və Abşeron daxilində olmalıdır.
  • İş yeri rəsmidirsə, iş yeri şəhər telefon nömrəsi olmalıdır (nömrə fiziki şəxsin adına deyil, həmin təşkilatın/qurumun adına olmalıdır) və həmin nömrə ilə əlaqə saxlayıb, məlumatlar (vəzifə, staj və maaş) dəqiqləşdirilir.


Təkrar müştərilərə güzəştli kredit şərtləri ödəniş şərtləri
Texnoplus Electronics mağazaları təkrar müştərilərinə güzəştli hissə-hissə ödənişlə məhsul almağı təklif edir. Əvvəlki alışları zamanı gecikmələri olmayan sadiq müştərilərimiz Texnoplus Electronics mağazalarından hissə-hissə ödənişlə aldıqları məhsulları ilkin ödənişsiz (mobil telefonlar istisna olmaqla) əldə edə bilərlər. Hər zaman təkrar müştərilərinə dəyər verən Texnoplus Electronics mağazaları onlara sərfəli şərtlərlə geniş çeşiddə və müxtəlif brendlərdən olan məhsulları təklif etməkdə davam edir.


Seçilmiş məhsullar

Kredit
 
IPhone Xs Max 64GB Dual Gold

Kredit
 
IPhone X 64 GB Space Grey